قوت دل ز عقل و جان باشدقوت تن ز آب و نان باشد

خانه خالی بود، حضور دهدتن خالی فروغ و نور دهد

علم جویی، به ترک سیری کنجان طلب می‌‎کنی، دلیری کن

سر خاری بخور، مشو خیرهتا نگردد دلت چو تن تیره

صیقل نفس چیست؟ کم خوردنآفت عقل؟ نفس پروردن

خلق را بر نماز داشته‌اندصفت روزه راز داشته‌اند

بهتر از جوع بر دلیلی نیستبه جزین آتش خلیلی نیست

آتشی کاو بهار و لاله دهدترک این سفره و نواله دهد

گر بدان مُلک آرزوست رجوعنرسی جز به پای مردی جوع

رای روشن شود ز کم‌‎خوردنبهر خوردن چراست غم‌‎خوردن؟

عود و چنگ و چغان که پُرسازنداز درون تهی، خوش‌‎آوازند

پُر شکم شد، خر و رباب یکی‌‎ستتیره گردید، خاک و آب یکی‌‎ست

عیب «صوت‌الحمیر» می‌‎دانیبر سر سفره خر چه می‌‎رانی؟

شکمت پر شود، بخار کندبر دماغ و دیو اندر آید از در تو

نحل را چون لطیف بود خورشگشت نخلی که شهد بود برش

خون حیوان مخور که گنده شویآب حیوان بخور، که زنده شوی

آب حیوان مدان به جز دانشچون بیابی، بنوش از جانش

زین خورش‌‎ها تهی‌‎ شکم بهترور حلالست نیز کم بهتر

که چو بادت در شکنبه زندآتشت در کلاه و پنبه زند

در نباتی چو کثرت عددینیست، کم شد درو فضول ردی

باز حیوان که اصل ترکیبشبیشتر بود، گشت کم طیبش

گند سرگین ز گند غایط کمکاین یک از رُستنی‌‎ست و آن از دَم

به جزین چون نماند برهانیخاک‌‎خوردن به از چنین نانی

چون به پاکیست فرق این که و مهمعدنی از نبات و حیوان به

آز را تا تو هم شکی یابیکام یابی، ولیک کم یابی

چند و چند آخر از گران خیزی؟جهد کن تا در آن میان خیزی

تو نه از بهر خوردن آمده‌ایکز پی کارکردن آمده‌ای

بندهٔ مرده دل چه‌‎کار آید؟زنده شو، تا سگت شکار آید

راه دینا ز بهر رفتن تستنه ز بهر فراغ و خفتن تست

هر چه مستت کند، شراب تو اوستو آنچه بی‌‎خویش کرد خواب تو اوست

نان اگر پرخوری، کند مستیکم خور، ای خواجه، کز بلا رستی

دل چرا میل آن طعام کندکه حلال تو را حرام کند؟

گندم و گوشت خون شود در تنخون منی گردد و منی روغن

آتش شهوت اندر آن افتدفتنه‌ای در میان ران افتد

شوخ از آن روغنست در تن توخون صابونیان به گردن تو

نفس پرچرک و خرقه صابونی؟این هم از حیلتست و مابونی

روزه‌دار و به دیگران بخوراننه بخور روز و شب، شکم بدران

تو ز آسیب روزهٔ ماهیبرکشی هر دم از جگر آهی

عارفان ماه خویش سال کنندروزه گیرند و شب وصال کنند

ننمایند روی وصل به خامپختگان را وصال نیست حرام

آن‌‎که از پیش کردگار خوردبا تو چون هر شبی دوبار خورد؟

تو که هم شام و هم سَحَر بخوریره به آن روزها چگونه بری؟

با چنان خوردن و چنان آروقچون بری رخت روح بر عیّوق؟

بس‌‎که شب نای لب بجنبانیروز مانند نای انبانی

عارفان را ز روزه در شب قدرشود از فیض نور چهره چو بدر

تو به روزی هلال عید شویور به ماهی رسد قدید شوی

تو شکم بوده‌ای، از آنی سستجان و دل باش، تا که باشی چست

هر که روزش به فربهی باشدچون شکم شد تهی، تهی باشد

تن چو از خون ثقیل سنگ آیددل ز بار بدن به تنگ آید

در تن این باد ناخوش و گندهچون گذارد چراغ را زنده؟

هر دمت بوی بر دماغ زندهمچو بادی که بر چراغ زند

شکم پر ز هیچ را چه‌‎ کنی؟رودهٔ پیچ‌‎پیچ را چه‌‎ کنی؟

جگر و دل درست کن به‌‎ یقینجگر شیر مردی و دل دین

تو ز کم خوردن و ز بی‌‎خوابییابی، ار زانکه دولتی یابی

Ruh ilə ağıldan güc alar ürək,Bədənə güc verər su ilə çörək.

Ev xali olanda o, hüzur verər,Bədən boş olanda işıq, nur verər.

Əgər elm axtarsan, toxluğu tərk et,Can tələb eyləsən, cəsarətlə get.

Tikan ucunu ye, xar olma ancaq,Qəlbin qaralmasın bədənin sayaq.

Ancaq az yeməkdir nəfsin cilası!Nəfsi bəsləməkdir ağlın bəlası.

Xalqı namaz üçün dəvət etmişlər,Orucun sirrini həm öyrətmişlər.

Bax budur aclığa ən yaxşı dəlil,Xəlilin odu da elə budur, bil.

Bir od ki, yaz açar, lalə bitirər,Süfrəni, yeməyi tez tərk etdirər.

O mülkə qayıtmaq arzu etsən sən,Ora az yeməklə çata bilərsən.

Ağla işıq saçar, bil ki, az yemək,Yeməkdən ötəri bu qəm nə gərək?!

Hər yana səs salan cəng, ud və kamanXoş səsdir içləri boş olduğundan.

Qarnı yekə isə nə saz, nə ulaq?Birdir qara isə su ilə torpaq.

Sən “sovtəlhəmir”in eybin bilirsən,Eşşəklə süfrəyə niyə gəlirsən?!

Qarnın dolu olsa, yaranar buxar,Pis-pis qoxularla damağın dolar.

Mələklər qaçarlar sənin yanından,Divlər, hallar girər onda qapından.

Arı lətif şeylər yediyiçün, bax,Onun meyvəsi də bal oldu ancaq.

Heyvan qanı içmə, məhv olarsan sən,Dirilik suyu iç, ki diriləsən.

Ancaq elmdə gəz həyat suyunu,Çalış doyunca iç, tapanda onu.

Qarın boş yaxşıdır bu yeməklərdən,Az xoşdur o, halal olsa da əslən.

Yel ilə dolanda qarın, bağırsaq,Başında od tutub odlanar papaq.

Bitkidə maddələr az olduğundanOnda tullantı da az olar, inan.

Ancaq heyvanlarda çoxdur maddələr,Onlar buna görə az xoşa gələr.

Təzək az iylidir insanınkından,Hələlik bu sözə yox özgə güman,

Özgə sübut yoxdur buna, düşünsən,Odur, torpaq xoşdur belə çörəkdən.

Paklıqla seçilir böyük kiçikdən,Odur, nabat, heyvan pisdir mədəndən.

Tamahla dost olsan əgər dünyada,Çox az çatacaqsan daim murada.

Bu ağır şeylərə uyma bu qədər,Çalış, bu aradan çıxasan məgər.

Sən ki gəlməmisən durub yeməyə,Gəlmisən burada bir iş görməyə.

Qəlbi ölən bəndə iş görməz, aşkar,Diril, sənin itin qoy etsin şikar,

Sən getmək üçündür bu dünya bütün,Ancaq yaranmayıb o, yatmaq üçün.

Səni nə məst etsə, şərabın odur,Bixəbər eyləyən səni yuxudur.

Məst olar çox yesə insan çörəyi,Bəladan qaçmaqçün, ey xacə, az ye.

Halalı harama çevirsə xörək,Necə meyl eyləyər ona, de, ürək?!

Buğda, ət bədəndə dönüb olar qan,Qan toxum, toxum da yağ olar hər an.

Şəhvət alovları başlar tüğyana,Bu oddan fitnələr düşər hər yana.

Səndə utanmazlıq o yağdan olar.Sabunçunun qanı boynunda qalar.

Xirqə sabunludur, nəfs çirkli, düzü,Bax bu, çox bilməkdir, hiylədir özü.

Oruc tut, özgəyə yedirt sən çörəkQarnın partlayınca yemək nə gərək!

Bir aylıq oruca dözə bilmirsən,Hər an ah çəkirsən ürəyində sən.

Ariflər bir ayı çevirər ilə,Gecələr vüsala çatarlar belə.

Çiyə göstərməzlər vəslin üzünü,Bişmişə halaldır bu, bil düzünü.

Xörəyi allahdan verilən bir kəsSənin tək gecədə iki yol yeməz.

Sən həm şam yeyirsən, həm də “obaşdan”,Bu sayaq arzuna necə çatarsan?!

Belə yemək ilə, gəyirməklə sən,Ruhunu Əyyuqa necə çəkərsən?!

Gecə həddən artıq yeməkdən, sözsüz,Dolu bir tuluğa dönərsən gündüz.

Qədir gecəsində arifin üzü,Nur saçar ay kimi orucdan, düzü.

Sən hilal olursan, bir gün yeməsən,Bircə ay yeməsən, sapa dönərsən.

Sən qarın olmusan, süstsən, odur bax,Can və ürək ol ki, olasan qoçaq.

Hər kəsin peşəsi kökəlmək olar,Qarnı boşalanda, o da boşalar.

Bədən qana dolub ağırlaşanda,Ürək təngə gələr bu yükdən onda.

Bədəndə pis yellər oynaşan zaman,Həyat çırağını söndürür haman.

O, çıraq üstünə əsən külək təkHər zaman burnuna qoxu verəcək.

Ruhunu dirilt ki, öz bağın odur,Ağlını oyat ki, çırağın odur.

Bu heç şeylə dolu qarın nə gərək?!Qıvrım bağırsaqlar nəyinə gərək?!

Güc ver yəqin ilə qəlbə, cigərə,Dində, kişilikdə dön şiri-nərə.

Ancaq az yatmaqla, az yeməklə sən,Belə bir dövlətə çata bilərsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri