یاری از غیر حق نه از دینستحق «ایاک نستعین» اینست

Haqdan özgəsindən kömək din deyil,“Kömək tələb edin məndən”, budur, bil.

گر تو این نکته را نمی‌دانیهر دم «الحمد» را چه میخوانی؟

Bilmirsən bu sirri, bir eylə bəyan.Neyçün oxuyursan “Əlhəmdi” hər an?!

عاشق دوست یاد نان نکندکز چنین دوست کس زیان نکند

Dosta aşiq olan çörək düşünməz,Heç vaxt ziyan görməz o dostdan bir kəs.

چون توکل کنی، مگو از غیررخ درو کن، بتاب رو از غیر

Özgədən danışma, təvəkkül etsən,Üzünü ona tut, qeyrə baxma sən.

زمره‌ای از توکلند به رنجفرقه‌ای از کفایت اندر گنج

Çoxu əzabdadır təvəkkül ilə,Bəzi xəzinəyə çatmışdır belə.

هر چه او داد غایت آن باشدشکر میکن، کفایت آن باشد

O, hər nə verdisə, nəhayətdir o,Ona şükr elə ki, kifayətdir o .

از توکل شوی ریاضت بینوز کفایت شوی ریاض نشین

Kifayət aparar səni cənnətə,Təvəkkül yetirər həm riyazətə.

آنکه ز اسباب در غرور افتداز توکل عظیم دور افتد

Hər kəs məğrur olsa var ilə nahaq,Daim təvəkküldən düşəcək uzaq.

متوکل سبب یکی بیندمتفرق در آن شکی بیند

Təvəkkül eyləyən bir səbəb görər,Ancaq varı olan ona şəkk edər.

ز تفرق مباش سرگردانبه توکل بناز چون مردان

Var-dövlət ucundan olma sərgərdan,Təvəkkülə sığın dünyada hər an.

به اعتابش بساز و شور مکنسر او پیش غیر عور مکن

Baş əy qəzəbinə sözündən qaçma,Heç zaman sirrini özgəyə açma.

بکشی سر، پسنده کی باشی؟نکشی بار، بنده کی باشی؟

Başını dik tutsan, bəyənilməzsən,Bəndə sayılmazsan, yük çəkməsən sən.

خواجگی سر بسر جمال و خوشیستبندگی ابتهال و بار کشیست

Xacəlik camaldır, xoşluqdur ancaq,Bəndəlik zəhmətdir, həm yük daşımaq.

تو چه دانی که سودت اندر چیست؟نیکی و نیک بودت اندر چیست؟

Sən nə bilirsən ki, faydan nədədir?!Ya yaxşı olmağın hardan, nədədir.

گر چه دردت ز خشم و کینهٔ اوستنه دوا نیزت از خزینهٔ اوست؟

Qəzəbi dərdlərə səbəbsə əgər,Onun xəzinəsi dərman da verər.

همه کس ره به کار خویش بردیار باید که یار خویش برد

Hər kəs öz işinə arayır əncam,Ancaq dost köməkdir dostuna müdam.

تکیه بر خنجر و سپاه مکنجز به ایزد به کس پناه مکن

Xəncərə, qoşuna güvənmə nahaq,Allahdan özgəyə aparma pənah.

یارت او بس، به هر چه درمانیاین سخن بشنو، ار مسلمانی

Çətinliyə düşsən, qurtarar özü,Əgər müsəlmansan, eşit bu sözü.

جز توکل مبر به راه دلیلاز هدایت رفیق جوی و خلیل

Yolda təvəkküldür bələdçin həmən,Axtar yoldaşlığı yol göstərəndən.

از طهارت سلاح و مرکب سازخود و جوشن ز طاعت و ز نماز

Silahı, atını təharətdən et,Dəbilqə, zirehi itaətdən et.

هیکل از عصمت و کمر ز وفامشعل و شمع و روشنی ز صفا

Vəfadan kəmər et, ismətdən heykəl,Səfadan da düzəlt çıraq və məşəl.

دور باشی ز «آیةالکرسی»پیش خود میدوان، چه میترسی؟

Ayətül-kürsüdən bir nizə düzəlt,Yüyür irəliyə, qorxma sən fəqət.

میفرست از برای حاجب خاصنامهٔ صدق و قاصد اخلاص

Göndər ödəməkçün hər bir hacəti,Sədaqət məktubu, ixlas qasidi.

اهل این داوری صبورانندوآن دگر عاجزان و کورانند

Bu iddia əhli səbirlidir, bax.Aciz və kordurlar başqalar ancaq.

سر تسلیمشان فرو رفتهذوق معنی به جان فرو رفته

Təslim başlarını yerə dikmişlər.Məna zövqünü də ruha əkmişlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri