Seçdiklərimiz fəndlə seçilmiş özümüzdən,Ondandı ki, bivecləri qaçmış gözümüzdən.

Zahirlərimiz bəllidi parlaq boyamızdan,Batinlərimiz yubkadakı razrezimizdən.

hər atdığımız addım əgər bir yalan isə,Bir gün qara torpaq bezəcəkdir izimizdən.

Ey körpələriynən gəzib iş axtaran, afət!Bizlərdə hər iş asılıdır çılpaq dizimizdən.

Bu, milli hərislik ilə göz onda doyar ki,Hazırlana tabut bizə mənsəb işimizdən.

Çoxüzlü fiqurlarla dolu həndəsəyik biz,Yüz cür teorem yazmaq olar hər üzümüzdən.

Əsdikcə bu torpağa külək Kərbübəladan,Sərkərdələr hasil olacaq "aciz"imizdən..

Fironluq ilə xalqa xeyir gəlməz, əzizim,heç vaxt özümüzdən, nə də ki, varisimizdən.

Yozsan da deyilmişləri min bir yerə, Pünhan,haqdan savayı heç nə alınmaz sözümüzdən.

12 may, 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən