Yadımdan çıxıb
Millətimin halı yadımdan çıxıb,Qəm oxuyan valı yadımdan çıxıb.
Yaxşı güzaranlısı dövrəmdədi,Fağırı, hambalı yadımdan çıxıb.
Bağlı Qobustanda günahsızların,Zənciri, qandalı yadımdan çıxıb.
Türkü ərəb musiqisin dinlərəm,Tarımın üzzalı yadımdan çıxıb.
Qızlarımız uydu göbək rəqsinə,Ay nənə "Vağzal"ı yadımdan çıxıb.
"Polka"ları indi "banan"lar tutub,Bağdakı şaftalı yadımdan çıxıb.
"Boka" bizimçün elə bir iz qoyub,hacbabanın xalı yadımdan çıxıb.
"Yevromid"ə ta qoşulandan bəri,Azəri siqnalı yadımdan çıxıb.
Kəsmə şikəstə oxuyun ağlayım,Çünki şikəst halı yadımdan çıxıb.
Göz yaşımı silməyə yoxdur əlim,Sanma ki, dəsmal yadımdan çıxıb.
Nəslim üçün çox qabağı görmüşəm,Çox qabağın dalı yadımdan çıxıb.
Göydə Əliynən vuruşan İblisin,Yerdəki timsalı yadımdan çıxıb.
Pünhan, hədəf etdiyin insanların,Sonrakı əhvalı yadımdan çıxıb.
4 iyul, 2000
Kitabxana.az · https://kitabxana.az/works/punhan-yadimdan-cixib-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir zamanlar dağ çəkərdi zənciyə dağ dişlərimHəm günüm ağ idi onda, həm də ki ağ dişlərim.
Xırda-xırdaÇən bürüyür gülşəni xırda-xırda,Güllə atır erməni xırda-xırda.
Ölümün içindəAylarım itdi, ilimin içində,Bitli tikanlar dilimin içində.
Milli zibildən danışımMəni göndər ABŞ-a, dərdimi dildən danışım,Bürüyən məmləkəti milli zibildən danışım.
Başqa şairlərin şeirləri
Əslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.
Qəzəl: Başdan ki xəyali-kəcrəv kakilə düşdümBaşdan ki xəyali-kəcrəv kakilə düşdüm,Təng oldu ara yerdə işim, müşkilə düşdüm
Nələr görmüşəmBu dünyaya göz açandan, ey Rəfiq, nələrgörmüşəm,
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdırRəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.