Deyirəm ya soyunub göstərək üryanımızı,Ya da ki, dar geyinib pırtdadaq hər yanımızı.

Bakının hər küçəsi sanki bir arvad hamamı,Belə təmsil edirik ki, Azərbaycanımızı.

Bizə türkün gözü artıqdı, biz hazır "dönər"ik,Sonra türkün sözü, peşkəş edərik canımızı.

Düzələrmi görəsən halı bu şirvanlıların,Təzə pasportda dəyişsək əgər ünvanımızı.

harda bir came yapır tez ora dürtür "hoca"sınKi, İmamdan ayırıb döndərə imanımızı.

Edərəm canımı qurban mən o cərraha ki, o,Bıçağı ilə kəsib doğraya vicdanımızı.

Bu şəhid Azərbaycanımızı dəfn eləyib,Qara torpaqlar ilə vermişik ehsanımızı.

Milli Məclisdəki ustullara bizlər düzülüb,Ora biz düşsək əgər, deşsin o biz yanımızı.

Dedilər ki, Baba Pünhan yenə meydan sulayır,Sulayır ki, tozanaq tutmasın ekranımızı.

16 sentyabr, 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən