No... olub ala?!
Qatmısan sən gənə də malı mala, no..olub ala?Qazıyırsan ayağım altda çala, no.. .olub ala?
Bağı verdim, öyü verdim ki, sənə əl çəkəsən,Qoymadın heç mənə bir metrə qala, no.. .olub ala?
Neçə ildir ki, imarətlə ticarətdir işin,Getmisən sən qabağa, mən də dala, no.. .olub ala?
Xəzərə çəkdin hasar, ruhuma qoydun gömürük,Özün üzdün, məni saldın kanala, no.. .olub ala?
Dövri-zastoyda sən idin demə bar-bar bağıran,hər qoyundan azı beş-altı bala, no.. .olub ala?
Gah atı, gah nalı, kah mıxı tərifləmisən,Vurmusan gah mıxa, gah nala, no.. .olub ala?
Qız-gəlin orda - əsirlikdə qalıb ermənidə,Gətirirsən öyüvə kündə "xala", no...olub ala?
İçəri şəhrimizin hər daşı bir tarixdir,Çəkmisən tarixə importnu mala, no...olub ala?
Qərbdən şərqə kimi hər yeri zəbt eyləmisən,Keçmisən indi cənubdan şimala, no...olub ala?
Nə əcəb "Qız qalası"ndan xəbərin yoxdu sənin,Al onu, sal adına, qoyma qala, no.. .olub ala?
Zamanın sahibi, Pünhan, bizi bir gün tutacaq,Çəkəcək hammızı sorğu-suala, no.. .olub ala?
21 iyun, 2000
Kitabxana.az · https://kitabxana.az/works/punhan-no-olub-ala-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir zamanlar dağ çəkərdi zənciyə dağ dişlərimHəm günüm ağ idi onda, həm də ki ağ dişlərim.
Xırda-xırdaÇən bürüyür gülşəni xırda-xırda,Güllə atır erməni xırda-xırda.
Ölümün içindəAylarım itdi, ilimin içində,Bitli tikanlar dilimin içində.
Milli zibildən danışımMəni göndər ABŞ-a, dərdimi dildən danışım,Bürüyən məmləkəti milli zibildən danışım.
Başqa şairlərin şeirləri
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
Xana müraciətMəni yardan ayırdılar,Sənə olsun xəbər, xanım
Çək başuvu yorğan içinə!Dilbər istər apara mülçünü müjgan içinə,Ey xuda, küfr girir din ilə iman içinə.