Pünhanı şişirdirlər
Böhtanlara qatmaqçün, nöqsanı şişirdirlər,Zindanlara atmaqçün, böhtanı şişirdirlər.
Sizlərdə xəcalətdi, bizlərdəsə adətdi,Adətdi beş ildən bir, nadanı şişirdirlər.
Toylarda tutub qoldan, nazirlə süzən kəslər,Qoltuqlara girməkçün, imkanı şişirdirlər.
Yer var gözə soxmaqçün, nə azı beş-on santı,Yer var üzə çıxmaqçün, xudmani şişirdirlər.
Xortdannan əgər artıq, qorxmursa uşaqlar da,Bica yerə bizlərçün, xortdanı şişirdirlər.
İllərdi ki, mənsəbdə, qarın şişirənlərimiz,İştanqı tutub indi, idmanı şişirdirlər.
Cırtdanlara xaricdən div payı ayırmaqçün,Nəsli cır olan divlər, cırtdanı şişirdirlər.
Basqal deyilən kənddə, bir rövzeyi-rizvan var,Hərdən aparıb orda, Pünhanı şişirdirlər.
8 iyul, 2002
Kitabxana.az · https://kitabxana.az/works/punhan-punhani-sisirdirler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Haqq sözün bu iqtidarə sən deməzdin, mən dedim.Ağu qatmış ruzigarə sən deməzdin, mən dedim.
Qanlı bir səhradı buGöz yaşım leysan olub səhrada bir dəryadı bu,Gəl gedək burdan Hüseynim qanlı bir səhradı bu.
Bizimkilər motoskletnən gedirBəşər gələn əsrə raketnən gedir,Bizimkilər motoskletnən gedir.
Biz hara NATO hara!Məşədi, böylə xəbər var gələcək NATO bura,Biz hara, NATO hara?
Başqa şairlərin şeirləri
Təalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Deyişmə: Başına döndüyüm, qurban olduğum— İsmayıl:Başına döndüyüm, qurban olduğum
Asan yollar, çətin yollarBombozuna acıyıram torpağın, daşın,Ruh oxşayan nə bir lövhə, nə axar-baxar.