Yoxdur çörək ki
Gərəksizlər gərək olmaz gərək ki,Gərəkdir ki, gərəksizlər görək ki.
Cəhənnəmdə qalanmaqda ocaqlar,Və cənnətdə maral gözlü mələk ki.
Ölərsən, gərçi sağ qalsan, acından,Acından ölməmək üçün ölək ki.
Kökündən bir zaman mütləq qopardar,Kələknən gəlmişi bir gün külək ki.
Dubinka sistemin çatlar başında,Bu sistemdən bezib göydə fələk ki.
Biabr olmamaqdan ötrü, Pünhan,Gərək ki, qarə torpağa girək ki.
23 iyun 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-yoxdur-corek-ki
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Olmamışıq cisimdə bir can kimi,Dolmamışıq əqlə bir insan kimi.
Kino olmalıdırHələ «jurnal»dı bu axırda kino olmalıdır,Ya «Otello», ya da mütləq «Mimino» olmalıdır.
Cəllada aldanmışlarıqBiz cahan mülkündə hər mənada aldanmışlarıq,Bir sürü başsızlarıq, cəllada aldanmışlarıq.
Gəlim, gəlməyim?Bir yanı yandır, belə bir yanə gəlim, gəlməyim?Yaz mənə bir Azərbaycanə gəlim, gəlməyim?
Başqa şairlərin şeirləri · Vətən
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
Əsgər məktubuƏsgər məktubları alıram hərdən,Məhəbbət, cəsarət, dəyanət dolu.
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.