Saxladı pünhan kimi
Olmamışıq cisimdə bir can kimi,Dolmamışıq əqlə bir insan kimi.
Bir-birini çeynəmişik, didmişik,Tülkü tutub hammızı dovşan kimi.
Qardaşımız ölsə də qan vermərik,Bizdə paxıllıqlar axır qan kimi.
Erməni Xankəndinə tanklar yığır,Biz yubileylər edirik xan kimi.
Laləlidir Kəlbəcərin çölləri,Qanlar axıb üstünə leysan kimi.
Əsri-müsəlman gələcək haqdı bu,Olmaginən əsrə nigaran kimi.
Haqq zühur eyləyəcək axırı,Püskürəcək aləmə vulkan kimi.
Çox şeyi aşkar dedi Pünhan bu gün,Çox şeyi də saxladı pünhan kimi
19 mart 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-saxladi-punhan-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əsilli qız gəlin gələr-gələr ocağı yandırar.Əsilsizin ki, əsli yox, bayır-bacağı yandırar.
Nəyimə gərəkdir Qarabağ?!İki bağ əlli otaq – nəyimə gərəkdir Qarabağ,Bura dərya, ora dağ – nəyimə gərəkdir Qarabağ.
Yadımdan çıxıbMillətimin halı yadımdan çıxıb,Qəm oxuyan valı yadımdan çıxıb.
Baxmaz yaşa daşNeçə illərdi yazır ölkədə başdanbaşa daş,Belə getsə, basacaq başları başdan-başa daş.
Başqa şairlərin şeirləri
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
GəlsinHəsən paşa tutub Əvəz malımı,Göndərək türkmənlərdən xanlarım gəlsin
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani