Zəhləm özümdən gedir
Diş tökülür, bel sınır, nur gözümdən gedir,İt gününə düşmüşəm, zəhləm özümnən gedir.
Doğma deyil, yadmışıq, biz evi bərbadmışıq,Bağımızı satmışıq, söhbət üzümnən gedir.
Pünhanı pıç-pıç olub, aşkarı puç-puç olub,Lağlağılar səmtinə ölkə əzmnən gedir.
Dad edirəm haqq üçün, yoxdu dalımca gələn,Bir özüməm, bir də ki, kölgəm izimnən gedir.
Atdı-qarışdırdı bu, satdı-qarışdırdı bu,Qatdı-qarışdırdı bu, guya düzümnən gedir,
Rastrapoviç gəlir, Bıstratoviç gedir,Xalq çörək tapmayır, amma dözümnən gedir.
Bəzmi–Füzuli olub, bəzmi-müqəddəs mənə,Həzi bəzmnən gəlir, bəzm nəzmnən gedir.
Şerdə səhv eyləsə, tən eləmə Pünhana,Çünki mənim hər sözüm, öz tərəzimnən gedir.
21 may 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-zehlem-ozumden-gedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gələn gəlir, gedən gedir, çumur-çumur adın nədir?Qalan nədir, gedən nədir, çumur-çumur adın nədir?
Ona bir quşÖz nəfsinə dünyada kim uymuş – ona bir quş,Qonşu ac ikən, badə edər nuş – ona bir quş.
Yazdıqca Pünhan dəf kimiYeddi nəslinçün yaratdın gün-güzəran dəf kimi,Bilmədin bir gün əsəbdən partlar insan dəf kimi.
Dolayıb rus biziSən bizə bir gün nəzər et, pus bizi,Barmağına lap dolayıb rus bizi.
Başqa şairlərin şeirləri · Vətən
Nə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Hər kimi qudurtsa dövləti, varıAxırda rast gələr min fəlakətə.