Heyrət etdim təbiətin acizliyinə
Dəyişirik gəzə-gəzə Azərbaycanı,Təbiəti yenilməyən gücdür, qüdrətdir.Bulağını görən kəsin qaynayır qanı,Qıjıltılı çaylarısa coşan qeyrətdir.
Aşırımlarda sərgi açan min gül, min çiçəkKönüldəki diləklərdir – sayrışır rəng-rəng.Buludlardan çıxan zirvə vüqara dönür,Cəsarətə məşəl tutur qartal yuvası.Yay qarında dəli qəzəb soyuyub sönür,Dan yerindən şəfəq alır eşqin səması,
Mehribanlıq – dərələrin gülüşündədir,Düzlük-saflıq – dolaylarda, dağ döşündədir.Təbiətdən pay götürüb təbiətimiz,Pak duyğular bəxş eləyib bu torpaq bizə!Odur salan idraka da naxış-naxış iz,İşıq səpən qəlbimizə, gözlərimizə.
Yer üzünün belə nadir bir guşəsindəİgidlərin, gözəllərin hesabı yoxdur,Burda hərə öz işində, öz peşəsində,Qəm-qüssə az, səadət çox, məhəbbət çoxdur.
Lakin tək-tük insan da var içindən yanar,İşıq saçmaz ətrafını zülmət alsa da,Dağda yaşar, özünü də uca dağ sanarBoyu kömür tayı kimi gödək olsa da.Tanıyıram birisini, tanıyır çoxu,Əli qələm tutan gündən, düşüb mərəzə –Gül-çiçəkli bir məkanda bilməyir yuxu,Məktub yazıb o, tel vurur gündə mərkəzə.
Məktub yazır sol əliylə, ayaqlarıylaGah imzalı (özgə adla!), gah da imzasız.Qarşılaşır rəqibiylə o bilə-bilə,Söyüb ara vuranları, edir dil-ağız.
Zəhərini boşaltmasa gedib xəlvətiVərdişlidir, bir an aram ola bilməyir,Qarayaxma nəşəsindən çatan ləzzətiTəzə beçə balından da ala bilməyir.
Düşünürəm: yaşıl donlu qadir təbiətMəlhəm qoyub hər yaram, dərdi itirir,Addımbaşı göstərir o, möcüzə, hikmət –Sarp qayalar sinəsində palıd bitirir.
Bəs bu məğrur gözəlliyin, hüsnün əlləriNiyə qaba bir xislətə əncam çəkməyir?Seyr edirəm bozqırlarda bitən gülləri,Niyə dağlar hər ürəkdə mərdlik əkməyir?
Bu halətlər müəmmalı göründü mənə –Heyrət etdim təbiətin acizliyinə...
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-heyret-etdim-tebietin-acizliyine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir şəhərin suyundan sən də, mən də içirik,Küçəsindən, bağından sən də, mən də keçirik.
Bu gün səni gördümBu gün səni gördüm... kaş görməyəydim,Duydum ki, nə böyük günahım olmuş.
DinmədikcəKobud torba üzərində rəsm edilib: Yesenin,Damağında qəlyanı...
Gülməşəkər“Sən məni bu qədər mehriban, həlim,*Bu qədər səmimi bilmə, əzizim...*
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,