Zəhləm getdi... çiçəklərdən
(Zarafatyana)
Gözəllikdən dərs deyənim,Dayəm çiçəklər olmuşdur.Bənövşənin, qızılgülünRuhum ətriylə dolmuşdur.Torpağımın bəzəyidirNovruzgülü, lalə, nərgiz.Dərk etməzdim bu dünyanınMənasını çiçəklərsiz.Əbədi bir elçisidirÇiçək eşqin, məhəbbətin.Bünövrəsi çiçək olubNeçə-neçə səadətin.
Bu gün yenə gül-çiçəkləDolu məclis... toy-bayramdır.Qarşımdakı boş kürsünüBir qız tutdu ağır-ağır.Odur, odur, zinət verənBu məclisə, bu şəhərə.
Rast gəldikcə “halal olsun...”Söyləmişəm neçə kərə,Halal olsun o gözləri,O buxağı yaradana.Min yaşasın bu cür dünyaGözəlini doğan ana!Hüsnün cahan yarışındaİnanmıram çıxa tayı.Bu şad gündə möcüzədirTaleyimin bəlkə payı?!
Tanıyırdı... Kirpik çaldı...Təbəssümlə baxdım qıza.Dedim: “Ola bəy-gəlininKaş, sağ əli başımıza”.Səssiz nitqi eşitdimi,Ya duydumu – bilə-biləCavab verdi bu arzumaHiss olunmaz təbəssümlə.
Baxışların ixtilatıBaşlanmışdı şirin-şirin.Gözlər qəlbə od vururdu,Su səpirdi sərin-sərin...Üzbəsurət əyləşmişdimArzum ilə... qismətə bax,Gül dəstəsi qoydu kimsəAramıza elə bu vaxt.
Bu boyda da buket olar?Durdu öndə təpə kimi.Boylanmağa təhərim yox,Necə udum qəhərimi?Əl də çatmır itələyimO güldanı başqa səmtə –Duyğusuzun qarşısındaKol-kos kimi gedib bitə.
Qızı bir də görmək üçünÇəkil deyim hansı gülə?Necə açım fəryadımıYasəmənə, qərənfilə?..Çiçəklərdə insaf hanı,Mürvət hanı, ürək hanı –Duya bilsin sevən qəlbdəTüğyan edən həyəcanı?
Əldən çıxan xoş təsadüfEşqə necə təkan idi...Önümdəki gül dəstəsiİndi qaratikan idi.Hər ləçəyi, hər qönçəsiƏfi olub çaldı məni,Qanlı-qanlı seyr elədimÇiçəklərin qəşəngini.
Məclis bitdi, görmədim dəO dilbəri gedəndə mən.Sevirdim mən çiçəkləri,Zəhləm getdi çiçəklərdən.
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-zehlem-getdi-ciceklerden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çay var suyu ilıq, çay var ki, sərin,Çay var lap dayazdır, çay var ki, dərin.
Gözlər və ürəklərBir qoca kişi qoca qadınlaSahil yolunda gəldi üz-üzə.
Söyüdlər hıçqırırAçıb-bükür sahili gah xəzri, gah gilavar.Onun iki romanı –
Köçəri quşİsti karıxdırdı, çıxdıq şəhərdən,Ucqar dağ kəndində tapdıq əlacı.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
GəlibmiDinib-danışsana, ay aşıq Bayram,O bizim dağların yazı gəlibmi?
GözəlimEy nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
YazQızışdırar bahar ayı yerin, göyün havasını,Dəyişdirər, tünüklədər xəlaiqin libasını.