Gözlər və ürəklər
Bir qoca kişi qoca qadınlaSahil yolunda gəldi üz-üzə.Onlar bir anlıq ötən zamanla,İtən ömürlə durdu göz-gözə.
Dindi baxışlar, dindi ürəklər,Keçən illəri bir də andılar.Çoxdan əsmişdi soyuq küləklər,Sönmüş atəşlə bir də yandılar.
Kişinin gözü axtardı, gəzdi –Oğlanın özü axtardı gəzdiO incə qızı, qəşəng sifəti.Solan gözəllik qəlbini əzdi,Tapa bilmədi o təravəti.
Dedi: “eyibsiz bilirdim onu,Haqlayıb daha baharını qış.Həyatın necə sərtdi qanunu –Gözəl də dönüb çirkin olarmış...”
Qadının gözü, baxışında qəmQəşəng oğlanı gəzdi, aradı:“Hanı o vüqar, hanı o görkəm?!Qanı da görün necə qaradı –
Neyləsin yazıq, əyilib beli,Tökülüb saçı – nə günə qalıb?!Titrəyir dizi, titrəyir əli,Ah, cavan pələng nə tez qocalıb?
Eyibsiz oğlan bilirdim onu,Haqlayıb daha baharını qış.Həyatın necə sərtdi qanunu –İgid də dönüb gücsüz olarmış...”
Axışdı anlar,Axışdı anlar...Baxışdı onlar,Baxışdı onlar...
Saç da ağappaq,Üz də qırışdı.Ürək, göz ancaqQocalmamışdı...
Kitabxana.az · https://kitabxana.az/works/qasim-qasimzade-gozler-ve-urekler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi
Güllü xanımQürrətül-üyunum, ay Güllü xanımHünərin var, bu meydanə gəl indi
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.