Məktəbdən qayıdanda –Anam uzaqdan açardı qollarını.Elə bil dünyanı verərdilər mənə,Ruh gələrdi, həyat gələrdi canıma.Qanad axtarardım uçmağa.Həyətdə, anamın dövrəsində oturubÇörək, pendir, göyərti…Daha bilmirəm nələr istərdim.– Verəcəyəm sənə hər nə istəsən,«Gözümün işığı» - söylərdi anam,Yu əllərini, gəl otur süfrə başında.Qəbul edərdi məni hər günTəzə bir qonaq kimi.Hörmət edərdi uşaqlıq istəklərimə.Bir gün olmayanda anam evdəHər tərəf qaranlıq olardı gözlərimdə.Unuda bilmirəm –Məktəbdən dönəndəAnamın məni qarşılamağını.Kədərimi təbəssümü ilə yumağını.

3.12.2008, Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri