Təbrizdə iki məktəb
Təbrizdə iki məktəbİz qoyub mənim xatirimdə.Biri Cəlaləddin Rumi,O biri Nizami Gəncəvi adına.Xatirimdədir aparardılar məni,Zor ilə Rumi məktəbinə,Bəhanə edirdim hər gün bir şeyi.İstəmirdim gedib təhqir olamFars dilimi bilmədiyim üçün.Diş ağrısı, ya baş ağrısı tutardım,Rəhm edə anam mənim halıma.Zindana bənzəyirdi,Qorxu yağırdı divarlarından.Çünki bilirdim döyəcəklər,Fars dilini bilmədiyim üçün.Zindandan qurtulana bənzəyirdimHər gün məktəbdən çıxanda.Amma Nizami mətkəbindəQorxu yoxa çıxmışdı.Çünki görmüşdüm dilimin azadlığınıPişəvəri hökümətində.Bağlansa da bu məktəb bir il sonra,Dərin iz qoydu taleyimdə.
03.12.2008, Bakı
Kitabxana.az · https://kitabxana.az/works/qulamrza-sebri-tebrizi-tebrizde-iki-mekteb
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Qəzəl xalq şairi Səməd Vurğuna həsr olunmuşdur*Yüz dəfə cəfa gəlsə bizə sevgilimizdən,
Dağdan danışa bilmirəmHarda qaldı buz bulaqlar,Çağlayıb daşa bilmirəm,
VətənKalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən,Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən,
QalacaqdıYüz ev yıxan bir ev tikməz,Yurdu viran qalacaqdı.