Böyüklük budur ki,Əsəbi olanda saxlaya biləsən özünü.Qoyasan başaqlarının yerinə özünüGörəsən hərtərəfli məsələni.Böyükdə xudxahlıq olmaz,Başqalarına rahatlıq verəsən gərək.Ruhi azadlığını başqalarınınHörmətində görəsən.Başqaları sənə aynadı,Məhəbbət edərsən, məhəbbət alarsan.Nifrət etsən, nifrət görərsən.Ətrafdakı adamlaraməhəbbət etməkdəRuhi rahatlıq tapasan.

11.11.2006, London

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri