Addım
Bir gün olar,keçdiyin-keçmədiyinbütün yollar sıxılar,yığılar bir addıma.
Əlin də, ayağın da,Çiynin də, kürəyin də,Beynin də, ürəyin də,Hirsindən səbrinəcən,Beşiyindən qəbrinəcənbu dünyada sən adlanan nə varsasıxılar, yığılar bir addıma.
Onda bilərsən ki, bu dünya nədi,acıdı, dadlıdı, onda bilərsən.Bu dünyada "Allah" deyilənin dəboyu bir addımdı, onda bilərsən.
Onda gözlərinə heç nə görünməz;atandan,anandan,balandan belə.Yüz təlxək oynaya, üzün güləməz.qaçmaz dodaqların yalandan belə.
Qaçarsan yanından adamların da,çəkilərsən tənhalığa, təkliyə.Qanın qatılaşar damarlarında,damarların sümük kimi bərkiyər.Sıxılarsan, yığılarsan yay kimi,sıxılarsan, çəkilərsən özünə, -çəkilərsən özündən də o yana;Evindən-eşiyindən,Dünənindən, keçmişindən,Bələyindən, beşiyindən,Lap ananın bətnindən də o yana,Lap atandan, babandan da o yana,Lap elindən, obandan da o yana,Bu dünyanın ayına,ulduzunacan,Lap Allahın özünəcənsıxılarsan, çəkilərsən özünə, -Güc verərsən ayağına, dizinə,ancaq yenə gücün çatmazbir addımı atmağa...
...Onda bilərsən ki, bu dünya nədi.acıdı, dadlıdı, onda bilərsən.Bu dünyada "Allah" deyilənin dəboyu bir addımdı, onda bilərsən.Bir addımın qabağındadiz çökübHönkür-hönkür ağlayarsan, ölərsən.
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-addim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Gəraylı: Yeri get, ey kafir qızıYeri get, ey kafir qızıƏyninə gey, al qırmızı