Özünə qayıdır hər şey, özünə,gözümə qayıdır göz yaşlarım da...

Qısır nəfəsini quşlar, böcəklər,Günəşistisini çəkir içinə,Küləklər hirsini çəkir içinə,Ətrini içinə çəkir çiçəklər.

Özünə qayıdır hər şey, özünə,Qoy, ana, başımı qoyum dizinə,mən də qayıtmışam...Hardan qayıtmışam,hardaydım, ana?Mən niyə getmişdim, niyə qayıtdım?Bəlkə də yatmışdın, səni oyatdım,Bəlkə oyatmağa dəyməzdi, ana?!– Yatmağa dəyməzdi bəlkə, ay oğul...– Bəlkə qayıtmağa dəyməzdi, ana?!– Getməyə dəyməzdi bəlkə, ay oğul...

…Bütün bu yolların sonunda nə var, -bilirdinsə, ana,Bütün bu yollardolanıb-dolanıb axırda yenəSənin yanınagəlirdisə, ana,Sən məni yanından niyə buraxdın?!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri