Odum, közüm yurdum,Gülən üzüm yurdum,Gören gözüm yurdum,Ürək sözüm yurdum!Döyüşdə tək qalsa,Vuran ürək qalsa,Çəkilməz arxandanRəfiq Zəka Xəndan.

Ulus bir incindir,Sənin güvəncindir,Ömür sevincindir,Bir odlu gəncindir,Vurar, yaxar, dağlar,Alovlanar, çağlar.Qalıb Oğuz xandan,Rəfiq Zəka Xəndan.

Sayın deyildir az,Qopuz, davul, ud, saz,Dinincə parlar yaz,Ölüncə ayrılmazKoroğludan qalmış,Qıratla hay salmışQılıncla qalxandan,Rəfiq Zəka Xəndan.

Çağıldayan türküOğulların görkü.Başında yox börkü,İçində yox ürkü,İnanmasan, qorxud!Mənim dədəm Qorqud.Olubmu qorxandan,Rəfiq Zəka Xəndan?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri