Arkadaş, dinlə könül sözlərimi
Arkadaş, dinlə könül sözlərimi,Qopsa tufan, qapamam gözlərimi,Görürəm gün kimi gündüzlərimiMən nə xülya, nə masal şairiyəm!
Taleyi qurcalanan bir ulusun,Qoruna qor calanan bir ulusun,İkiyə parçalanan bir ulusunBirliyə bağlı vüsal şairiyəm!
Sanma bir zəlzələdən ürkəm mən,Qranitdən mətinəm, bərkəm mən,Adı dillərdə gəzən Türkəm mən,Ulu yurdum ulusal şairiyəm!..
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-arkadas-dinle-konul-sozlerimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağ günlər eşqinə oda yananlar
Ağ günlər eşqinə oda yananlar,Bilməz yer üzündə qaranlıq nədir.
Hər kəsin dünyada öz dünyası varHər kəsin dünyada öz dünyası var,Sənət dünyası var, söz dünyası var.
Günəş görünərmi göz qamaşandaGünəş görünərmi göz qamaşanda,Qızıl şəfəqləri aşıb-daşanda?!
Ulusun var, elin varUlusun var, elin var,Neçə milyon əlin var,