Cahana bələdəm mən, mən cahanı gəzmişəm,Doğmalarla olmuşam yadlar ölkəsində mən.

Asyanı, Avropanı, Afrikanı gəzmişəm,Röyada dolaşmışam Odlar ölkəsində mən.

Mənim cahanda gözüm, canım bu kəhkəşandır,Oymaq-oymaq gəzmişəm mən bu kəhkəşanımı.

Azərbaycan gözümdə, könlümdə bir cahandır,Cahana dəyişmərəm bu nurlu cahanımı.

İstanbul – Bakı, 1984

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən