Qara dəniz türküsü
Soraqlar axınlaşar,Sənin dalğalarınla,Uzaqlar yaxınlaşarSənin dalğalarınla.
Əzəlim Qara dəniz,Gözəlim Qara dəniz,Üzəlim, Qara dəniz,Sənin dalğalarınla.
Sənin dalğalarınlaKönüllər vəcdə gələr,Ellərə müjdə gələr,Sənin dalğalarınla.
Kim səni candan istərOna ruhunu göstər,Dağılsın qara sislərSənin dalğalarınla.
Sənin dalğalarınlaSənin kimi dolmuşam,Sənli-mənli olmuşamSənin dalğalarınla.
Dərdi unutmaq olar,Qəlbi ovutmaq olar,Dünyanı tutmaq olarSənin dalğalarınla.
Afina, 1984
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-qara-deniz-turkusu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dənizdə tufan qopub,Hər dalğa bir dağ kimi.
ÜzeyirbəyAzərbaycan xalqının gözüdür Üzeyirbəy,Musiqi aləminin sözüdür Üzeyirbəy.
FüzuliEy Füzuli, adınla iftixar eylərik biz,Bir şair tuta bilməz sənətin tutan yeri!
Ana yurda yasaq olar ömürlükAna yurda yasaq olar ömürlükYad ellərdə, yad əllərdə qalanlar.
Başqa şairlərin şeirləri
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
DağlarSalırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,
İnsan qayalar(«Vətən qayaları,*Vətən daşları» silsiləsindən)*
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.