Şair sevgisi
O şairin ki varlığıOlunca dərbədər, sevər,Sevinci, bəxtiyarlığıKədərdədir, kədər sevər.
Olar zavallı sanmayın,Ölür desə, inanmayın,Alovlanınca yanmayın,Düşünməyin hədər sevər.
Axınca dondurulmaz o,Aşıb-daşar, durulmaz o,Uçar, uçundurulmaz o,Sönüncəyə qədər sevər.
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-sair-sevgisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oğullar ucalır ellər içində
Oğullar ucalır ellər içində,Çör-çöpü kim görür sellər içində,
Qalan aləmdə bizimçin nə sevincdir, nə kədərQalan aləmdə bizimçin nə sevincdir, nə kədər,Dərdə uymaq da hədər, nəşəyə uymaq da hədər!
AramızaKönlümə o çağlar düşüb,Gözümdən o bağlar düşüb,
DoymamaqOlarmı ulusu, yurdu duymamaq,Bu iki sevgiyə candan uymamaq?!