Tövbəyə tövbə
Görəsənuçmağı sevməyən varmımən qədər?Sevsəm dəgöylərin təkrarsız mənzərəsini,ulduzları dərbədər,uçmağı sevmirəm.Ancaqazı üç yüz min kilometr uçmuşam.Bir ucu İndoneziya,Hindistandan, Birmadan keçib, –arada Sinqapurun xurmalıqları.Bu yanda Varşava-Lehstan.Tirana, Qahirə,Beyrut üstündən Bağdad, Bəsrə.Bu yandan Moskva-Praqa.Neçə kərə.Bəzən bir qanadlıq yol –yeddi saat sükut.Bəzən tez-tez olubgöy karvanımızınqalxmağı, enməyi.Azı yüz dəfə Bakı-Moskva.Hər dəfə çalxalandıqca təyyarəmiznəhəng nehrə kimi,ürəyim əsib,yel qabağında pöhrə kimiDemişəm tövbə!Uçmaram bir də.Gah gündoğanda,gah günbatandaüfüqlərə sallandıqcaqanqırmızı köbə,demişəm bu son uçuşdur.Salamat yerə ensəm,tövbə, tövbə!Ən şərəfli bayrama getsəm belə,bir də oturmaramgöydən asılmış kimihərəkətsiz görünən,bu pərvanəli zənbilə.Nə “saxla!” demək olur,ürəyin bulansa.Nə “yavaş!” demək olurdöşəmə, tavan başına dolansa.Heyif deyilat, araba!Ancaq neyləyəsən ki,belə böyükdür,ucsuz-bucaqsızdıryer xaraba.A, ha...Yoxsa dönək oğul qayıtdı yola!Atıb yeniliyin daşınısaatda 2000 sürətli uçanlar ola-ola,
sığallamaq istəyirtavar kəlin,səmənd atın başını.Yox!Sevinməyin!Sözüm qurtarmayıb hələ.Ürəyim at-araba arzulayır dedim.Ancaq insantək bir ürəklə insan deyil.Baş var, beyin var.Şüur düzəldirqəlbin, hissin yalan-yanlışını.Bu ani bir giriz idi vurdum.Gün başa çatmadan“İL-18”-ə oturdum.Beynimdə andlar, tövbələrdolaşa-dolaşa,uzaq səfər yoluna çıxdımbirbaşa.Əgər qorxu, təşviş çəkirsə biziköhnəliyə,alqış təhlükəli yeniliyə!Alqış, yolu çətin biliyə!
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-tovbeye-tovbe
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ol gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
AyağınaQartallar qıy vurmur, dönüb zamana,Fələk yaxşı fürsət verdi yamana.
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?