Qalan bir az kül,bir də hərarəti 5 dərəcə qalxmıştermometrin civəsi.Bir də,göz yaddaşımdaqırmızı zolaqlar.Bir də,qulaq yaddaşımdaocağın cırtıltısı.Bir də,burun yaddaşımdayapışqan qoxusu.Bir də,dil yaddaşımdatüstü acısı.Bir də,barmaqucu yaddaşımdasoyuğun yumşaq ölümü.

Odunu odunçu gətirmişdi.Kibrit keçən həftədən qalmışdı.Çəkdim,qəzetin dördüncü səhifəsialışdı.Qara Konqoqaraldı, qaraldı.Vaşinqtonqıpqırmızı zehli göründü.

Bir qafiyə qaçdısətrin ortasına.Qara çərçivəli elanəyilib-bükülübtüstüdən keçib,qalxdı başaQaraldı, bozardı,partladı rezin şar kimi“Yüzüncü tamaşa”.Əcaib kölgələr yüyürüşübdoluşdu otağın küncünə.Gözün əcaib naxışlarıhopdu kərpiclərə.Divarlar çəkilmişdi geriyenə irəli gəldilər.Qalan bir az kül oldu.Ağ çarpayı da,ağ yastıq da,ağ köynəkli yorğan dayox oldu.Divar qara!Döşəmə qara!Tavan qara!Qara boya axdı kitablara.Soyunub girdim yuxuma.Axtardım, axtardımyuxumun yuvasını.Mən, ayaqlarım, iki gözüm!Yuxuma bələdçilik edirdim özüm.Gəzirdik dünyanı.Yuxuda yuxum gəlirdi,yata bilmirdim.

Göz yaddaşımda səslər:zolaq-zolaq!Qulaq yaddaşımda mənzərələr:ağappaq!Dil yaddaşımdahərarətin sakit ölümü!Barmaqucu yaddaşımdayapışqanlı havanın dadı?Burun yaddaşımdaqaranlığın səsi!Yuxuda ayıldım yuxudan.Beynimdə dünyanın nigaranlığı!Milyon işıq ilininbir anlıq pərişanlığı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri