Dedim: oxuyuram yazdıqlarını,Eyni ölçülərdir, əlvanlıq hanı?

Dedi: nə əlvanlıq, bilə bilmədim!Yeni biçimlərlə aran yox, dedim.

Dedim: danırmısan əruz vəznini?Söylə, qanırmısan əruz vəznini?

Dedi: əruz vəzni bizimki deyil!Dedim: Hamid necə, Füzuli necə

Başına qaynar su tökdüm, elə bil,Sabirdən, Caviddən şeir deyincə!

Dedim: Nizaminin “Xəmsə”si əruz,Divan şerimizin cüssəsi əruz.

Dedi: sözlərini yoza bilmirəm,Demədi əruzda yaza bilmirəm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri