Dostum Camal Anadola

Zümrüd Boğazın seyrinə dalmaq nə gözəldir,Türk cənnətinin zövqünü almaq nə gözəldir,Duyduqlarını türküyə salmaq nə gözəldir,Soydaşlar ilə baş-başa qalmaq nə gözəldir,İstanbulun eşqiylə ucalmaq nə gözəldir!

Sevdalara, xülyalara sığmaz bu şeirlər,Əfsanə gözəlliklərə bir ayna bu yerlər,Keçməz bu ömür nəşəsi keçsin də əsrlər,İstanbulun üstündə mələklərmi əsirlər,Ceyran kimi qızlar sevər aslan kimi ərlər.

Burda daha yoxdur ağalar, yox qara qullar,Yurdun öz ulusdaşları neylər qaravullar,Sazlarla kamanlar qoşa, udlarla davullar,Şənlənmədə yurdun bəzəyi qızlar, oğullar,Gerçəkləşir artıq bu ulu yurdda nağıllar.

Coşduqca bu günlər, həyəcanlanmada dünlər,Söylər ulu bir türkü bu toylar, bu düyünlər,Sanki bütün aləm konuşan ruhumu dinlər:“Canlanmada hala o cahanlar dolu ünlər,Bir bayrağın üç qitəyə hökm etdiyi günlər!”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən