Bizim əsrin
Ey yer üzünün, göy üzünün nifrəti alçaq,Alçaqlarının dadı sən oldun bizim əsrin!
Gülşənləri viranəyə döndərdin əlində,Bayquş kimi fəryadı sən oldun bizim əsrin.
İblis sənə nisbətlə mələk oğlu mələkdir,Ən, ən rəzil övladı sən oldun bizim əsrin.
Hər əsrdə hər an səni lənətləyəcəklər,Hər məkrinin imdadı sən oldun bizim əsrin.
Vicdanlı olan ərlərə zindanları açdın,Viranələr abadı sən oldun bizim əsrin.
Əmrinlə bütün ölkə həbsxanəyə döndü,Qəbri, evi bərbadı sən oldun bizim əsrin.
Bicsən deyə əcdadını aləmdə bilən yox,Biclər bici əcdadı sən oldun bizim əsrin.
Tarixdəki canilərə min rəhmət oxutdun,İşgəncələr “ustad”ı sən oldun bizim əsrin.
Bir gorbagor idin, nə dişiydin, nə də erkək,Çal bığlı dul arvadı sən oldun bizim əsrin.
Qan içdin, içində qanın ən sonda gəbərdin,Bir nömrəli cəlladı sən oldun bizim əsrin!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-bizim-esrin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bülbüllər ah çəksə bağlar odlanar,Qönçələr, budaqlar, tağlar odlanar.
Azərbaycan türklərinin türküsüDostum Yusif Gədikliyə*Çürük bir imperatorluq çökürkən,
YıxıldınYelkənim daşa toxundu,Taleyim durdu qəsdimə.
Şeirimin ruhuEy Zəka, sən ulusa, yurda könül bağlamısan,Səni xatırlar ulus, yurd sən öləndən sonra.