Bu bahar
Bir yaşıl ulduza bənzər bu bahar,Qəmlidir, yalqıza bənzər bu bahar.
Alışan qönçələri nisgilidir,Gözləri yolda olan sevgilidir.
Bir gözəldir ki, gözəllər heyran,Bir gözəllik ki, umulmaz seyran.
Gözlərindən əzəli nur süzülər,Titrəyən pənbə şəfəqlərlə gülər.
Gülləri, qönçələriylə bəzənib,Xilqətin inciləriylə bəzənib.
Qəmlidir, yalqıza bənzər bu bahar,Bir gəlinlik qıza bənzər bu bahar.
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-bu-bahar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Varlıqda açılmaz möcüzələr var
Varlıqda açılmaz möcüzələr var,Dahilər yaşayıb, bundan halıyam,
Arazam Kürə bəndəmİçimdə bir bürkü var,Könlümdə bir türkü var,
Qurban verərdimMənə bircə kəlmə can söyləsəydin,O bircə kəlmənə min can verərdim,
AyrıldıqÖylə ayrıldıq ki, səninlə, ey gül,Bir də ayrılıqdan ayrı düşmərik!