Gülüm soldu, baharımı aldı qış,Çağlama, ey dərdli könül, çağlama!Ağlamaqdan kimsə mutlu olmamış,Ağlama, ey dərdli könül, ağlama!

Tarımlaşıb rübabının tək simi,Görə bilməm göz yaşımdan əksimi,Dağlama gəl öz əlinlə köksümü,Dağlama, ey dərdli könül, dağlama!

Bu dünyada nə çəkibsə, mərd çəkib,Aşıq olan həsrət çəkib, dərd çəkib.Burax gedim, yollarıma səd çəkib,Bağlama, ey dərdli könül, bağlama!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət