Aləmi var dağların,O sönməz ocaqların,O nurlu oylaqların,Sevincli bulaqlarınGözündəki yaş deyil,Rüzgarları titrədər,Köhlənləri büdrədər,Sürülər gəlib-gedər,Quşlar çobanlar qədərDağlara sirdaş deyil.

Töhfədir mahallara,Zirvədir xəyallara,Müjdədir marallara,Kim deyir, qartallaraDağlar arxadaş deyil?

Gəmisi, Nuhu vardır,Dumanı, ahı vardır,İçində ahu vardır,Dağların ruhu vardır,Torpaq deyil, daş deyil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri