Deyənə
Mən, yurddaşımdır deyirəm,Yurduma anam deyənə.Qan qardaşımdır deyirəm,Mən oğuzdanam! – deyənə.
Susun, yabançılar susun,Yaman diliniz qurusun!Canım qurban bu ulusunCanına canım deyənə.
Qəlbim atır türküsündə,Gecəsində, gündüzündə,Nə mutlu bu yer üzündəBu ulusdanam! – deyənə!..
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-deyene
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yemək-içmək
Əyyaşın xəyalı içmək, yeməkdir,Yemək əyyaş üçün içmək deməkdir.
Əziz dostDostsuz olan insanda vəfa olmaz, əziz dost,Dostun diləyi dosta cəfa olmaz, əziz dost!
YerləşməlidirBöyüyüb yavrular ərləşməlidir,Yurdda yumruq kimi birləşməlidir!
Kimsə bilməzİgid ərlər yenilməz ki!Nə sirdir, kimsə bilməz ki!