Mənə çox görürlər ölümü, beləDeyəsən, hələ çox yaşayacağam.Həyatın yükünü daşıyacağam,Canım çox müsibət çəkəcək hələ.

Deyəsən, hələ çox yaşayacağam,Hələ gözləyəcək bu torpaq məni.Hələ çox iztirab yaxacaq məni,Yurdu ağılarla oxşayacağam.

Deyəsən, hələ çox yaşayacağam,Həsrətim bağrımı dələcək mənim.Nə bugün, nə də ki gələcək mənim,Ulu keçmişimdə qalan bir çağam.

Dərdimi özümlə böləcəyəm mən,Ulusun oduyla yanan ocağam,Deyəsən, hələ çox yaşayacağam,Deyəsən, hələ çox öləcəyəm mən...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən