Yenə sonbahar gəlib,Çiçəklər bükülür, ah,Ağaclar nə kövrəlib!Yarpaqlar tökülür, ah!

Kədərlidir baxışlar,Xəzəlliklər gülür, ah!Görür zavallı quşlar,Yarpaqlar tökülür, ah!

Dan yeri sökülür, ah,Qaranlıq çökülməsin!Yarpaqlar tökülür, ah,Ulduzlar tökülməsin...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri