Bahar gəlmiş
Bahar gəlmiş, əziz dost,Baharlanmış təbiət,Sanarsan, asimandanEnib dünyaya cənnət.
Bahar gəlmiş, əziz dost,Gülür bağlar, yamaclar,Ətirlənmiş çəmənlər,Çiçəklənmiş ağaclar.
Bulaqlar nəğmələnmiş,Dodaqlar nəğmələnmiş,Dumanlandıqca dağlar,Sular riqqətlə çağlar.
Bahar gəlmiş, əziz dost,Gülür sevdalı ellər,Məhəbbət türküsüyləQanadlanmış könüllər.
Bahar gəlmiş, əziz dost,Bahar gəlmiş, bahardır,Baharı varlığıylaDuyanlar bəxtiyardır!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-bahar-gelmis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Azərbaycan xalqının gözüdür Üzeyirbəy,Musiqi aləminin sözüdür Üzeyirbəy.
FüzuliEy Füzuli, adınla iftixar eylərik biz,Bir şair tuta bilməz sənətin tutan yeri!
Ana yurda yasaq olar ömürlükAna yurda yasaq olar ömürlükYad ellərdə, yad əllərdə qalanlar.
Bir sabah bir salıq yayılmalıdırBir sabah bir salıq yayılmalıdır,Dəyişir hər nə var, dönür hər şey.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Arif olan, diqqət elə, fəhm elə,Bir gözəl əlindən belə düşmüşəm.
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
Bu qızınNə əcəb xub yaradıb həsnini Tarı bu qızın,Nə əcəb gülşənə bənzər gül üzarı bu qızın,