Umduğumuz gün gələr,Haqq yenə üstün gələr!

Dalğalanar ordumuz,Cənnət olar yurdumuz.

Qovğalanar Kür, Araz,Səbr gərəkdir bir az.

Dağ çəkək alçaqlara,Bir sürü daşnaqlara.

Umduğumuz gün gələr,Bayrağımız yüksələr!

Türklərə batmaq çətin,Qeyrəti var millətin!

Dağ kimi yurddaşlarıq,Qurdlara qurddaşlarıq.

Bilməlidir tülkülər,Umduğumuz gün gələr!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən