Gerçək bir əfsanə varİnsan adda, Aydanım,İnsandan gözəl nə varBu həyatda, Aydanım?!

İnsandan ilham al da,Daim səni ucalda,Odur imperial da,Brilyant da, Aydanım!

İnsana uyar insan,İnsanı duyar insan,İnsan arayar insanKainatda, Aydanım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri