Hər zaman, hər yerdə yüksəklərdəyəm,Hər sözüm bir alçağa oxdur mənim.

Çox da ki azdır yaşım, çox görmüşəm,Ruhum acdır da, gözüm toxdur mənim.

Az deyil dünyada dostum, düşmənim,Dostum azdır, düşmənim çoxdur mənim.

Doğmalardan almışam ilhamımı,Özgələrdən minnətim yoxdur mənim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri