Baxma ki, yerdə ələm, göydə bulud var, qardaş,Bir foğan bəslənilir, çünki sükut var, qardaş!Qorx ölümdən ki, bugün ölməyə imkan çoxdur,Yaşamaq indi gərəkdir ki umud var, qardaş!

Yaşamaq indi gərəkdir ki həyat qurcalanır,Gündə düşmənlərinin dərdinə min dərd calanır,Göz önündə yıxılır qosqocaman bir dövlət,Çatlayıb imperatorluq, sökülür, parçalanır.

Yaşamaq indi gərəkdir ki, dəyişməkdə həyat,Gecə-gündüz dəyişiklikləri duyduqca ürək,Çırpınır quş kimi, ənginlərə açdıqca qanat,Bir inancla alışır ruh, yaşamaq indi gərək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri