Niyə ürkürsən
Neçə şerimdə görüb türk sözünü,Vay dədə, vay deyə yumdun gözünü.Yerə soxdun öz əlinlə özünü,Öz-özündən niyə ürkürsən sən,Türk sözündən niyə ürkürsən sən?!
Məgər olmuşmu yasaq ovqata türk?!Çıxmasa fitnə, çıxarmaz xata türk!Yer üzündə yer alıbdır Atatürk,Yer üzündən niyə ürkürsən sən,Türk sözündən niyə ürkürsən sən?!
A yazıq, at bu yazıqlıq daşımı,Sanma qan düşməni qan qardaşını,Türk demişkən, o dul arvad yaşınıSil gözündən, niyə ürkürsən sən,Türk sözündən niyə ürkürsən sən?!
Sabirin hər sözü bir ibrət olur,Ağladıqca kişi biqeyrət olur!Neçin aləm gözünə zülmət olur?Gündüzündən niyə ürkürsən sən?Türk sözündən niyə ürkürsən sən?!
Bir canın var, o da er-gec gedəsi,Qalır “Orxon-Yenisey abidəsi!”Dədə Qorqud, o oğuzlar dədəsiTürküsündən niyə ürkürsən sən,Türk sözündən niyə ürkürsən sən?!
Daşlamı susdurulubdur ağızın?Quruyar, qurd deyən olsa, boğazın,Sürünən bir sürü insancığazınTülküsündün niyə ürkürsən sən,Türk sözündən niyə ürkürsən sən?!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-niye-urkursen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəzi “şeirşünaslar” məni eşitsə, gözlə!Şerin sirri açılar bəlkə azacıq ona!
Qaş incə bəzəkdirQaş incə bəzəkdir,Gözsüz qaşa bir kimsə vurulmaz!
İyilikKim yamanlıq dilədi, mən iyilik etdim ona,İyilik etdim, iyi olmağı öyrətdim ona.
Arkadaş, dinlə könül sözlərimiArkadaş, dinlə könül sözlərimi,Qopsa tufan, qapamam gözlərimi,
Başqa şairlərin şeirləri
Ey həmdəmim, səni qanə qərq elər,Gəl tərpətmə yaralanmış könlümü.
Ananın qızınaEy əskidən bəri yasa bürünən,Şərəfli anamın gülüzlü qızı,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Sevməsəydim əgər ol zülfi-xəməndərxəmi mənSevməsəydim əgər ol zülfi-xəməndərxəmi mən,Bir dəm ömrümdə çəkərdimmi bu dərdü qəmi mən?