Bir qoşma söyləyim, onuKimsə yozmaya, yozmaya,Redaktor bir bəndini dəKaş ki, pozmaya, pozmaya.

Bu incə bir istək kimi,Ariflərə örnək kimi,Qaranlıqda şimşək kimiÇaxıb azmaya, azmaya.

Söhbət açaq bir adamdan,Özünü çəkən avamdan.

Əsərlərində ilhamdanYoxdur az maya, az maya...

Gizlidədir mərəzləri,Hiylələri, qərəzləri,Çətin ki hirsli gözləriMənə qızmaya, qızmaya.

Onun oxu daşa keçib,Ömrü-günü boşa keçib,Necə olub, başa keçib,Heç nə yazmaya-yazmaya?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri