Nə zaman eyləyəcək risk ərlər,Yapa bilməzmi silah misgərlər?!

Ordusuz bir ulusun yurdu batar,Nerdədir, nerdə bizim əsgərlər?!

Ölkəmizdə pozulur abadlıq,Hər tərəfdə görünür bərbadlıq.

Hüseyn Cavidə rəhmət oxuyun:Burda təlim edilir cəlladlıq!

Sanki artıq nə quzey var, nə güney,Dəli könlüm havalanmış bir ney!..

Ey Zəka, bunca qaranlıq olmaz,Duyuram mən, olacaqdır bir şey!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri