Ürəkdən, candan
Azmı tufanlara üz çevirdiyim,Quduz dalğalara köküs gərdiyim,Şeir dünyasına könül verdiyimDunyanı duyduğum andandır mənim.
Gözəllik önündə ruhum oynayıb,Parlaq incilərdən gözüm doymayıb,Ulu ustadlara qanım qaynayıb,Onlara uymağım qandandır mənim.
Yerim yer üzündə qürbət olanda,Bezməyin, söhbətim qeybət olanda,Neyləyim, yurduma həsrət olanda,Kainat başımda zindandır mənim.
Mənim gizlilik yox təbiətimdə,Açıqdır kinim də, məhəbbətim də,Ürək xiffətim də, can möhnətim dəÜrəkdəndir mənim, candandır mənim!
Varmı mənim qədər olan bağrı dağ,Bağrımın başında bitməz ağrı, dağ,Ulduzum Ağrıdağ, Ayım Ağrıdağ,Amansız dumanım ondandır mənim.
Qartallar ucalan yerdə tülkü yox,Sazımda, sözümdə yasaq türkü yox,Könlümdə, gözümdə qorxu-ürkü yox,Çünki ulu babam Vandandır mənim!
Olmaz yalan tarix, nəs il şöhrətim,Ulu Oğuzxandır nəsil şöhrətim,Uluslar bilir ki, əsil şöhrətimŞərəfdəndir mənim, şandandır mənim!
Özgürlük özlədim mən ömrüm boyu,Aradım havanı, torpağı, suyu,Köküm Türk köküdür, soyum Xan soyu,Adım Rəfiq Zəka Xəndandır mənim!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-urekden-candan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir zaman öz əliylə yaxdı, qovurdu məni,Bir gülşənə döndərib, göyə sovurdu məni,
AmansızcasınaSən mənim mənliyimi asdın amansızcasına,Yarılan bağrıma daş basdın amansızcasına.
Yad etBilməm, haraya üz tutum əfqanın əlindən,Ayrıldı əlim sən kimi cananın əlindən,
Bəzək-düzək istəməz binadan gözəl üzlərBəzək-düzək istəməz binadan gözəl üzlər,Sürmə nədir nə bilsin günəşlə dolu gözlər.
Başqa şairlərin şeirləri
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Yavaş-yavaşBağlandı guş sovt ü sədadan yavaş-yavaşGöz xirələndi, düşdü ziyadan yavaş-yavaş
Ey yığılan canlar, siz olun tarıEy yığılan canlar, siz olun tarı,Amandı, qoymayın, yar oynamasın.
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.