Bilməm, haraya üz tutum əfqanın əlindən,Ayrıldı əlim sən kimi cananın əlindən,Dad eyləyərəm daima hicranın əlindən.

Hicranın əlindən dəli könlüm kimi dad et,Yad et o görüşlərlə keçən günləri, yad et!

Sən ki, alışan ruhum idin, ruhumu şad et,Şad et məni, bir an yenə ruhumca murad et.Bir an əzabında, nə zülmündə inad et!

Yad bilmə Zəkanı, nə qiyam et, nə fəsad et,Yad et o gülüşlərlə keçən günləri, yad et!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri