İlhamısan bülbüllərin,Şerisən qızılgüllərin,O gözlərin, o əllərinNərgizdən, süsəndənmidir?

Yanında könlüm quş olur,Ayrılıq bir bayquş olur,Rəfiqin ki, bihuş olur,Ətirli busəndənmidir?

Gül nəfəsindir nəfəsim,Bəsimdir mənim bu, bəsim,Rüzgar əsər əsim-əsim,Tellərin əsəndənmidir?

Nə gərək xəzəlləşməyin,Çocuqtək dəcəlləşməyin,Sənin bu gözəlləşməyinSən məndən küsəndənmidir?

Rəfiq bilməz biganəlik,Biganəlik – viranəlik,Gülüm, bunca divanəlikMəndənmidir, səndənmidir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar