Türkülərlə ucalırMənim Odlar yurdum.

Yağılar silkələdi,Qayalartək durdum.

Oxu tarixləri, görNeçə dövlət qurdum.

Baş ucumda dayanıbTotemim-bozqurdum.

Düşməni bayrağımınSüngüsüylə vurdum.

Müstəbidlər nə bilirNə büsatlar qurdum.

Qara bayquşları mənÖz əlimlə burdum.

Qeyrətimdir sipərim,Ulusumdur ordum!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri