İstanbulda bir çocuqla konuşdum,Elə bildim, Xəndanıma qovuşdum,Adın, soyun, soyadın nə, soruşdum.Mən Ərol Ərkəm dedi,Soyadım Ötkəm dedi,Babam türkdür, anam türk,Türk oğlu türkəm dedi.

Yeddi-səkkiz yaşı vardı Ötkəmin,O sözləri şimşək kimi ötkəmin,Dedim: igid görkəmidir görkəmin!Bu milli görkəm dedi,Ərlərə görkəm dedi,Arxadan vurulmayanTürk oğlu türkəm dedi.

Dedim: oldum obaların məhrəmi,Bir aləmdir İstanbulun aləmi,Topqapını top dağıtmaz, öyləmi?!Topqapı möhkəm dedi,Çətin mən ürkəm dedi,Qorxu yoxdur gözümdə,Türk oğlu türkəm dedi.

Dedim: neçin ay-ulduzu yurdunun,Bayrağına ayna tutub ordunun,Nə deməkdir tarixində qurd onun?!Tarixdə ilkəm dedi,Uludur ölkəm dedi,Atatürkün oğluyam,Türk oğlu türkəm dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri