Dünyanın üç qitəsində olmuşam,Afrikada, Avropada, Asyada,İtaliyada, İspaniyada qalmışam,Dolaşmışam Fransada, Maltada.

Tunis gözəl, Yunanıstan gözəldir,Türkiyə də yaraşıqlı, bəzəkli,Vatikanın əzəməti əzəldir,Manako da bir ölkədir özəkli!

Hər səfərim, bir röyadır mənimçin,Yurddan ayrı gerçəkmidir o röya?!Azərbaycan bir dünyadır mənimçin,Azərbaycan dünyasıdır bu dünya!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən