Görünməz
Dağların başını duman alıbdır,Dumanın üzündən dağlar görünməz.
Duman ətəklərə kölgə salıbdır,Çağlayan bulaqlar çağlar, görünməz.
Dağların köksünü dağlamaq olmaz,Dağların köksündə dağlar görünməz.
Torpağa bağlıdır damarlarıyla,Özüllər görünməz, tağlar görünməz.
Dağları zəncirlə bağlamaq çətin,Dağların boynunda bağlar görünməz.
İldırım qoparar qartallarıyla,Dağlar heç bir zaman ağlar görünməz.
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-gorunmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir