Yoxdu ərdəmli oğullarda o gün hey sanki,Güllələrdən gərilən duyğuları key sanki,Gülləbarana tutulmuşdu dəniz, göy sanki,Yüksəlirdi göyə övladlarımız hey sanki,

Ruhları dalğalanan öfkəli bir ney sanki,Qudurub cövlan edirdi neçə min ley sanki,O gecə mərmilərin yapdığı bir leysan ki,Hər şeyin bitdiyi gün başladı hər şey sanki!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri